Tez tez verilən suallar
Aşağıda xaricdə təhsil ilə bağlı ən çox verilən suallara cavabları tapa bilərsiniz. Bu bölmə sizin suallarınıza tez və dəqiq cavab tapmağınıza kömək edəcəkdir. Əlavə sualınız olarsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!
Biz tələbələrimizə dünyanın top universitetlərinə bakalavr, magistr və doktorantura səviyyələrində qəbul üçün geniş xidmətlər təklif edirik. Bu xidmətlərə qəbul prosesinin hər mərhələsində dəstək, viza proseslərinin idarə olunması, təqaüd müraciətləri, yataqxana ilə bağlı məsələlərin həlli və digər təşkilati işlər daxildir. Biz tələbələrimizin xaricdə təhsil arzularını reallaşdırmaq üçün hər zaman yanlarındayıq.
Bundan əlavə, biz məktəblilər üçün İngiltərə və ABŞ-da yay məktəbləri təşkil edirik. Bu yay məktəbləri tələbələrə dil biliklərini inkişaf etdirmək, beynəlxalq mühitdə yeni dostluqlar qurmaq və dünya səviyyəli təhsil təcrübəsi əldə etmək üçün əla imkan yaradır.
İndiyə qədər biz ABŞ, Kanada, İngiltərə, Finlandiya, Norveç, Danimarka, İsveç, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Belçika, Fransa, Almaniya, Avstriya, Estoniya, Latviya, Litva, Çexiya, Macarıstan, Polşa, Slovakiya, Çin, Koreya, Sinqapur və Türkiyə kimi bir çox ölkələrdə uğurlu qəbullar almışıq. Bizim məqsədimiz tələbələrimizin gələcəyinə investisiya qoyaraq onların potensialını maksimuma çatdırmaqdır.
Təhsil üzrə məsləhət üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
- Xaricdə Təhsil üçün: +994552072471
- Yay Məktəbləri üçün: +994552072470
Ünvan: Fehzullah Qasımzadə 46A
İş saatları:
Bazar ertəsi – Cümə: 10:00 – 18:00
Şənbə: 10:00 – 14:00
İlk olaraq, sizinlə birinci konsultasiya təyin edirik. Bu görüş zamanı sizin akademik nəticələrinizə, maraqlarınıza və büdcənizə uyğun təkliflər hazırlayırıq. Əgər bizimlə işləməyi qərara alsanız, müqavilə imzalayırıq və sizə uyğun olan detallı universitet siyahısını təqdim edirik. Daha sonra seçilən universitetlərə əsasən lazımi sənədlərin siyahısı tərtib olunur və sənədlərin hazırlanması prosesinə başlayırıq.
Bakalavrlar üçün:
- Xarici passport
- Şəxsiyyət vəsiqəsi
- Foto şəkil (3.5×4.5, arxa fon ağ, biometrik; fotonun elektron versiyasını da təqdim etməlidirlər)
- SAT nəticələri (əgər varsa)
- Dil sertifikatı (əgər varsa)
- Valideynlərin ad və soyadı
- Əlavə sertifikatlar (9-10-11-ci sinifdə əldə olunan)
- Məktəbdən transkript (9-10-11-ci sinif; 11-ci sinifin təxmin olunan qiymətləri – predicted grades)
- Məktəbdən arayış (məktəbi bitirəcəyinə dair, yəni bu il iyun ayında məktəbi bitirəcəyi gözlənilir)
- CV
- Referans məktubları
- Motivasiya məktubu (seçilən ixtisasla bağlı)
Magistrlar üçün:
- Xarici passport (PDF formatında)
- Şəxsiyyət vəsiqəsi (PDF formatında)
- Transkript (universitetdən)
- Məzunluq haqqında referans məktubu (universitetdən)
- GRE nəticəsi (əgər varsa)
- İş yerlərindən referans məktubu
- 3 tövsiyyə məktubu
- Essay (universitet və proqramlara görə dəyişir)
- CV
- Əlavə sertifikatlar
Motivasiya Məktubu: Bəli, biz motivasiya məktubunun hazırlanmasına kömək edirik. Lakin tələbədən öz fikirlərini müəyyən qədər yazması gözlənilir.
Tövsiyyə Məktubu: Bəli, tövsiyyə məktublarının yazılmasına dəstək göstəririk.
Qəbul prosesi ölkəyə və universitetə bağlı olaraq 3 gündən 9 aya qədər çəkə bilər. Prosesin vaxtı müraciət etdiyiniz ölkə və proqramdan asılı olaraq dəyişir.